Bakı. Trend:
Epidemioloq xəstə ilə sıx təmasda olan bütün insanlarınsiyahısını hazırlayır.
Trend xəbər verir ki, bufikirləri Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişindəSəhiyyə Nazirliyinin Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin bölmə müdiri Səbinə Nurullayeva açıqlayıb.
Onun sözlərinə, görə bu siyahıya ailə üzvləri, yaxın qohumlar,tez-tez evə gələn qonaqlar və hətta zəruri hallarda qonşular dadaxil edilir:
“Bu şəxslərin hamısının müayinədən keçməsi üçün şəraityaradılır, lazım gəldikdə onların xəstəxanaya yönləndirilməsi təminolunur. Əgər evdə uşaqlar, yaşlı insanlar və ya immun sistemi zəifolan şəxslər varsa, epidemioloq onların daha ciddi müayinə vənəzarətə götürülməsinə xüsusi diqqət ayırır. Bundan sonraepidemioloq ocaqda dezinfeksiya tədbirlərinin keçirilməsini təşkiledir. Xəstənin öskürməsi nəticəsində çirklənmiş səthlər, qablar,yataq dəsti və istifadə etdiyi əşyalar xüsusi məhlullarladezinfeksiya olunur. Evin necə havalandırılması, təmizlik işlərininnecə aparılması, xəstənin bəlğəmini necə toplamalı olduğu və onunətraf mühitə düşməsinin qarşısının necə alınmalı olduğu barədəailəyə ətraflı izah verilir. Epidemioloq həmçinin xəstəyə və ailəüzvlərinə maskadan düzgün istifadə qaydalarını öyrədir, xəstəninayrı otaqda qalmasının vacibliyini izah edir”.
S. Nurullayeva qeyd edib ki, epidemioloqun mühüm vəzifələrindənbiri də xəstənin müalicə prosesinin necə getdiyini izləməkdir:
“O, xəstənin dərmanları vaxtında qəbul edib-etmədiyini,müalicəni yarımçıq qoyub-qoymadığını nəzarətdə saxlayır. Əgərxəstənin müalicədən yayınma riski varsa, epidemioloq əlavə izahlarverir, motivasiya edir və müalicəyə davam etməsini təmin edir. O,həmçinin xəstənin vəziyyətində hər hansı dəyişiklik baş verərsə,həkimə məlumat verməli və müvafiq tədbirlərin görülməsinə yardımetməlidir. Bütün bu məlumatların toplanması və tədbirlərin həyatakeçirilməsi nəticəsində epidemioloq vərəm ocağının təhlükəliliksəviyyəsini qiymətləndirir və bu barədə rəsmi hesabat hazırlayır.Əgər risk yüksəkdirsə, təkrar müayinələr, əlavə dezinfeksiya vədaha ciddi nəzarət tədbirləri planlaşdırılır. Beləliklə,epidemioloqun gördüyü işlər xəstəliyin ailə daxilində və ətrafərazilərdə yayılmasının qarşısını almaqda əsas rol oynayır”.