EN

Dövlət Xidmətindən 4 milyon manatlıq müqavilə

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) 4 milyon manat dəyərində müqavilə bağlamağa hazırlaşır.

Hakimiyyet.az -ın əldə etdiyi məlumata görə, qurum suyun sərfiyyatının ölçülməsi üçün elektromaqnit suölçən cihazların satınalınmasına görə təxminən 1,9 milyon manat xərcləməyi planlaşdırır.

Bundan əlavə Dövlət Xidməti onlayn bulanıqlıq və xlor qalığını ölçən cihazların satınalınmasına görə 700 min manat ayırmağı nəzərdə tutur.

ADSEA təsərrüfat sahəsi üçün lazım olan mal-materialların satın alınması üçün isə 900 min manat dəyərində müqavilə bağlamağa hazırlaşır.

Sözügedən qurum razılaşacağı şirkətlərdən qeyd edilən materialları alacaq.

Hakimiyyet.az

Chosen
31
1
hakimiyyet.az

2Sources