Baş ağrısından əziyyət çəkənlər üçün həkimlər bir neçə sadə və sürətli üsul tövsiyə edirlər.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu metodlar dərman qəbul etmədən ağrını qısa zamanda yüngülləşdirə bilər.
Tövsiyə olunan üsullar:
Gözləri və başı 5-10 dəqiqə dincəltmək, ekranlardan uzaq durmaq;
Alın və gicgah nahiyəsinə soyuq kompres qoymaq;
Boyun və çiyin əzələlərini yüngül masaj etmək;
Bir stəkan su içmək, çünki susuzluq da baş ağrısını artırır;
Qısa təmiz hava gəzintisi etmək və dərin nəfəs məşqləri.
Mütəxəssislər bildirirlər ki, bu metodlar çox zaman ağrını yüngülləşdirməyə kömək edir, lakin baş ağrısı tez-tez təkrarlanarsa, mütləq həkimə müraciət edilməlidir.