EN

Sanatoriyada DƏHŞƏT – Tibb bacısı 71 nəfəri QİÇS və Hepatitə YOLUXDURDU

Rusiyada sanatoriyada tibb bacısı 71 nəfəri QİÇS və Hepatitə yoluxdurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Sterilizasiya qaydalarını pozan tibb işçisi 4 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiyanın Nalçik şəhərindəki sanatoriyaların birində kütləvi yoluxma halı qeydə alınıb.

Prokurorluğun apardığı araşdırma nəticəsində məlum olub ki, tibb müəssisəsində sterilizasiya olunmamış tibbi ləvazimatlardan istifadə edilib, dezinfeksiya və təmizlik tələblərinə riayət olunmayıb.

Bu səhlənkarlıq nəticəsində tibb bacısı 71 nəfəri Hepatit C və İİV (HİV) infeksiyasına yoluxdurub.

Məhkəmənin qərarı ilə sanatoriyanın lisenziyası ləğv olunub, tibb bacısı isə 4 il müddətinə cəzaçəkmə müəssisəsinə göndərilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
89
interpress.az

1Sources