EN

Axios: ABŞ və Ukrayna bu həftəsonu yeni danışıqlar apara bilər...

Görüşlərin ABŞ ərazisində, ehtimal ki, Mayamidə keçirilməsi gözlənilir...

Poliqon xəbər verir ki, ABŞ və Ukrayna nümayəndə heyətləri bu həftəsonu yeni danışıqlar raundu keçirməyi planlaşdıra bilər. Axios portalının amerikalı rəsmi mənbəyə istinadla yaydığı məlumata görə, görüşlərin ABŞ-nin hansısa şəhərində, o cümlədən Mayamidə baş tutması istisna edilmir.

Məlumata əsasən, danışıqlarda hər iki ölkənin işçi qrupları və hərbi nümayəndələri iştirak edəcək. Görüşlərin əsas məqsədi mümkün sülh sazişinə hazırlıq çərçivəsində hərbi və siyasi vəziyyətlə bağlı xəritələrin öyrənilməsi və mövqelərin dəqiqləşdirilməsidir.

Xatırladaq ki, bazar ertəsi Reuters agentliyi ABŞ-nin qiymətləndirməsinə əsaslanaraq, Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı mübahisəli məsələlərin təxminən 90 faizinin artıq razılaşdırıldığını yazmışdı. Həmin xəbərdə qeyd olunurdu ki, Ağ Ev ABŞ və Ukrayna nümayəndələrinin Almaniyada keçirdiyi görüşləri “doğrudan da müsbət” qiymətləndirib və Tramp prosesin gedişindən məmnun qalıb.

Məlumata görə, sülh sazişinin şərtləri ABŞ və Ukrayna arasında dekabrın 14–15-də Berlində keçirilən danışıqlarda ətraflı müzakirə edilib. Tərəflər Tramp tərəfindən təklif olunan 20 maddəlik planın bütün bəndləri üzrə fikir mübadiləsi aparıblar. Danışıqların yekununda Ukrayna prezidenti Vladimir Zelenski görüşləri məhsuldar adlandırsa da, “layiqli” sülhə nail olmaq üçün hələ də əlavə görüşlərə və intensiv işə ehtiyac olduğunu vurğulayıb.

Poliqon.info

Chosen
87
poliqon.info

1Sources