EN

32 saylı bağçada uşaqlara iylənmiş ƏT VERİRLƏR

Ajans.az xəbər verir ki, bağçada istifadə olunan ət məhsullarında xoşagəlməz qoxu müşahidə olunub. Aşpazlar iddia edirlər ki, paltarlarını ayaqyolunda dəyişməyə məcbur olunurlar.  Bu da ciddi gigiyena qaydasının pozulmasıdır. Bağçanın aşbazları bildiriblər ki, ət və ət məhsullarını müqavilə əsasında bağçaya gətirən DEPOT MMC-yə məsələ ilə bağlı səsli mesajlar və video görüntülər göndərilib, tədbir görülməsi xahiş edilib. Eyni zamanda bağça rəhbərliyi məlumatlandırılsa da, iddialara əsasən, hər hansı tədbir görülməyib. Valideynlər bağçada təqdim olunan ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriblər. Məlumata görə, AQTA nümayəndələri bir həftə əvvəl bağçada yoxlama aparıb və ət məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib. Hazırda araşdırmanın davam etdiyi bildirilsə də, yoxlamanın nəticələri və görülən tədbirlər barədə rəsmi açıqlama verilməyib. Valideynlər uşaqların sağlamlığına potensial təhlükə yarada biləcək bu məsələ ilə bağlı indiyədək heç bir tədbirin görülməməsindən narahat olduqlarını bildirirlər. Qeyd edək ki, hazırda 32 saylı uşaq bağçasında direktor vəzifəsini Rzayeva Nurlanə Faiq qızı icra edir.

Chosen
34
Ajans.az

1Sources