EN

Azərbaycan boksçuları U-17 Avropa çempionatında dörd çəki üzrə finala yüksəliblər (FOTO)

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasındakeçirilən U-17 Avropa çempionatında yarımfinal mərhələsinindöyüşləri baş tutub.

Trend xəbər verirki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin dördidmançısının hər biri finala vəsiqə qazanıb.

48 kq çəki dərəcəsində çıxış edən Gülər Hüseynova İngiltərətəmsilçisi Serana Mali ilə qarşılaşıb. Boksçumuz gərgin keçəngörüşdə 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə qələbəqazanaraq finala yüksəlib. Hüseynova həlledici döyüşdə Türkiyətəmsilçisi Asmin Cabasla üz-üzə gələcək.

46 kq çəki dərəcəsində Qardaş Rəhimov Gürcüstan boksçusu RatiXarbedia ilə qarşılaşıb. Hər üç raundda üstün olan milli üzvümüz5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə ilə finalaadlayıb. Rəhimov qızıl medal uğrunda Rumıniyadan olan Birham-Pasaİuseimlə döyüşəcək.

60 kq çəki dərəcəsində mübarizə aparan Şahin Aslanov dayarımfinal görüşünü qələbə ilə başa vurub. O, İrlandiya təmsilçisiCeyson Maheri 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı iləməğlub edib və finalda İngiltərədən Frenki Smitlə qarşılaşacaq.

75 kq çəki dərəcəsində Şükar Əliyev yarımfinala çıxmadan finalavəsiqə qazanıb. Macarıstanlı Aleks Domjanın döyüşə gəlməməsisəbəbindən Azərbaycan boksçusu qalib elan olunub. Əliyev finaldaİngiltərə təmsilçisi Maykl Mauqanla üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın həlledici döyüşləri dekabrın 17-dəkeçiriləcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
104
1
az.trend.az

1Sources