EN

Nigeriyada 18 sərnişin girov götürülüb

Bakı. Trend:

Nigeriyada naməlum silahlı şəxslər avtobusa hücum edərək ən azı18 sərnişini naməlum istiqamətə aparıblar.

Trend “The Nation”qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəyerləşən Edo ştatında baş verib.

Ştat polisinin sözçüsü Eno İkoedemanın bildirdiyinə görə,silahlı şəxslər Benin və Akuru şəhərlərini birləşdirən magistralyolda pusqu quraraq avtobusa atəş açıblar. Daha sonra hücum edənlərnəqliyyat vasitəsinə yaxınlaşaraq sərnişinləri girovgötürüblər.

Polis ordu bölmələri ilə birgə cinayətkarların təqibinəbaşlayıb. Hazırda 11 girovun azad edildiyi bildirilir.

Chosen
32
az.trend.az

1Sources