EN

"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı

style='margin-bottom:10px;'>

"Tottenhem"in sabiq müdafiəçisi Serxio Reqilon karyerasını okeanın o tayında davam etdirəcək. 

QOL.az xəbər verir ki, ispaniyalı futbolçu azad agent statusunda "İnter Mayami"nin heyətinə qoşulub. Florida təmsilçisi ilə imzalanan müqavilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub və sözləşmədə müddətin daha bir il uzadılması seçimi də yer alıb. 

Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Reqilon ABŞ klubunda karyerasını başa vuran Jordi Albanı əvəzləyəcək.

Xatırladaq ki, "Real"ın yetirməsi olan sol cinah müdafiəçisi karyerası ərzində "Sevilya", "Atletiko" və "Mançester Yunayted" kimi nəhənglərin şərəfini qoruyub. 

Chosen
146
teleqraf.com

1Sources