Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Bir ay öncə kənd sakini 72 yaşlı Almaz Cəfərova vəfat edərkən onun yüksək qan təzyiqindən dünyasını dəyişdiyi bildirilmişdi. Ancaq ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğularaq öldürüldüyü məlum olub. Bir ay öncə dəfn edilmiş qadının nəşi qəbirdən çıxarılaraq ekshumasiya edilib.
Məlumata görə, qadın evdə tək yaşayırmış. Gəlini isə Rusiyadan gəlibmiş.
KeçirilÉ™n tÉ™dbirlÉ™rlÉ™ qÉ™tl hadisÉ™sindÉ™ şübhÉ™li bilinÉ™n gÉ™lini 30 yaÅŸlı GülbÉ™niz HÉ™sÉ™nzadÉ™ vÉ™ gÉ™linin qardaşı 25 yaÅŸlı Qasım HÉ™sÉ™nov polis É™mÉ™kdaÅŸları tÉ™rÉ™findÉ™n saxlanılıblar. Â
Hadisə ilə bağlı araşdırma aparılır.
 Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â