EN

Braziliyada “QİYAMƏT” MƏNZƏRƏSİ: Güclü siklonun şəhəri İFLİC ETDİ – VİDEO

Braziliyada güclü siklon San-Paulunu qaranlığa qərq edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Təbii fəlakət 1,5 milyon evi işıqsız qoyub, hava limanlarının fəaliyyəti iflic olub.

Braziliyanın San-Paulu ştatında güclü ekstratropik siklon tüğyan edib. Təbii fəlakət nəticəsində 1,5 milyon ev və müəssisə elektriksiz qalıb.

Güclü külək ağacları kökündən qoparıb, elektrik ötürücü xətləri sıradan çıxarıb. Fırtına səbəbindən hava limanlarının fəaliyyəti dayandırılıb, şəhərin su təchizatında ciddi fasilələr yaranıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
77
interpress.az

1Sources