EN

Ukrayna: Ümid edirik ki, sonda bizi sülhə yaxınlaşdıracaq bir razılığa gələcəyik


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Almaniyada müharibəyə son qoymaq üçün sülh planı ilə bağlı danışıqların davam etdirildiyini və günün sonuna qədər razılaşmanın əldə edilməsinin mümkün ola biləcəyini açıqladı.
Umerov, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı Almaniyada davam edən müzakirələr barədə məlumat verib.
Umerov dünəndən bəri Berlində ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner ilə danışıqlar apardığını bildirib və əlavə edib: "Ümid edirik ki, günün sonunda bizi sülhə yaxınlaşdıracaq bir razılığa gələcəyik".

Umerov "son iki gündə Ukrayna-ABŞ danışıqları konstruktiv və məhsuldar olub; real irəliləyiş əldə edilib" deyə qiymətləndirib.

Berlində davam edən danışıqlarla bağlı mediada müxtəlif "şayiələr" və "fərziyyələr"in ortaya çıxdığını və bunlara etibar edilməməli olduğunu vurğulayan Umerov qeyd edib:

"Stiv Vitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ komandası Ukraynanın davamlı sülh razılaşmasına nail olmasına kömək etmək üçün son dərəcə konstruktiv şəkildə çalışır".

Umerov müharibəyə son qoymaq səylərinə görə ABŞ-a təşəkkür edib.

aia.az
Tərcümə şöbəsi



Chosen
127
1
aia.az

2Sources