EN

Ukrayna Müdafiə Qüvvələri Həştərxan qaz emalı zavoduna zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Həştərxan qaz emalı zavoduna uğurlu zərbə endirib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Zərbə nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Bu barədə APU-nun Baş Qərargahının Telegram-dakı məlumatında deyilir.

“Dekabrın 15-nə keçən gecə düşmənin partlayıcı maddələr istehsal etmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələri düşmənin strateji obyektini – Həştərxan qaz emalı zavodunu uğurla vurub”, - məlumatda deyilir.

Həştərxan qaz emalı zavodu Rusiyanın neft və qaz sənayesinin əsas müəssisələrindən biridir.

Chosen
63
6
missiya.az

10Sources