EN

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

2025-ci ilin hazırlıq planına əsasən, “Konstitusiya vəSuverenlik ili” ilə əlaqədar Quru Qoşunlarının hərbi hissələrindəsilsilə tədbirlər keçirilib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tədbirlər zamanı Ümummilli Lider Heydər Əliyevinvə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilinölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsinin önəminiqeyd ediblər. Bildirilib ki, bu qərar hüquqi, siyasi və ictimaisahələrdə xüsusi əhəmiyyət daşıyır və ölkənin inkişaf prosesinəmühüm töhfələr verir.

Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi altındaOrdumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, buZəfərin əldə olunmasında xalqın misilsiz birliyi və igiddöyüşçülərimizin qəhrəmanlıqları xatırlanıb, şəhidlərin əzizxatirəsinin hər zaman hörmətlə anılacağı vurğulanıb.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpaişlərinin, eləcə də Böyük Qayıdışın dövlətimizin və xalqımızınVətən torpaqlarına verdiyi yüksək dəyərin bariz nümunəsi olduğudiqqətə çatdırılıb.

Quru
Quru
Quru
Quru
Quru
Quru
Quru
Məqalədə:
Chosen
99
9
az.trend.az

10Sources