EN

Avstraliyada qanlı olaydan sonra qanunlar SƏRTLƏŞİR

Avstraliyada qanlı olaydan sonra milli silah reyestri yaradılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bondi çimərliyində 16 nəfərin həyatını itirdiyi terror aktı hökuməti radikal addımlar atmağa vadar edib.

Avstraliya hökuməti Sidneydəki Bondi çimərliyində baş verən və son 30 ilin ən qanlı hadisəsi sayılan silahlı hücumdan sonra qanunvericiliyi sərtləşdirmək qərarına gəlib.

Baş nazir Entoni Albaniz milli odlu silah reyestrinin yaradılacağını və lisenziya qaydalarının dəyişdiriləcəyini açıqlayıb.

O bildirib ki, insanların zamanla radikallaşma ehtimalı olduğu üçün lisenziyalar müddətsiz verilməməlidir.

Xatırladaq ki, hücum zamanı 10-87 yaş aralığında olan dinc sakinlər hədəf alınıb. Hadisə nəticəsində hücumçulardan biri daxil olmaqla 16 nəfər həlak olub, 40 nəfər yaralanıb.

KİV-in məlumatına görə, cinayəti törədənlər Sacid Əkrəm və onun oğlu Naviddir. Onların avtomobilindən İŞİD bayraqları tapılıb.

Hadisə zamanı Əhməd əl-Əhməd adlı şəxs hücumçulardan birini tərksilah edərək qəhrəmanlıq göstərib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
133
interpress.az

1Sources