EN

Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib

Bakı, 15 dekabr, AZƏRTAC

Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib.

Bu barədə agentliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat veriblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyətini müayinə etdikdən sonra qan analizi götürüblər.

Qeyd edək ki, agentliyin şəxsi heyəti könüllü olaraq verdikləri qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

 

Chosen
97
3
azertag.az

10Sources