EN

Ağır qəza oldu -

Qax rayonunda avtomobil qəzası baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən cıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
59
metbuat.az

1Sources