EN

İstintaq təcridxanaları, cəzaçəkmə müəssisələri ağzına kimi dolmuşdu PƏRVİZ HƏŞİMLİ YAZIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstintaq təcridxanaları, cəzaçəkmə müəssisələri ağzına kimi dolmuşdu.

Məhbuslar yatmağa yer tapmırdı.

Təcridxanalarda təqsirləndirilən şəxslər növbə ilə yatırdı. 8 nəfərlik kamerada bəzən 15 nəfər yerləşdirilmişdi.

Bu il Avropa Şurasının Həbsxana Əhalisinə Dair Hesabatı da yayılmışdı.

Ötən ilin nəticələrinə həsr olunan hesabatda Azərbaycan bu quruma üzv olan dövlətlər içərisində məhbus sayına görə ilk yerlərdə idi.

Bu mövzunu hər zaman prioritet hesab etdik.

Təəssüf ki, media, vətəndaş cəmiyyəti bu haqda az danışırdı.

Bu hesabat yayılandan dərhal sonra onu günlərlə gündəmdə saxladıq.

Hətta ölkənin Baş Prokuroru Kamran Əliyevlə müsahibəmdə bu mövzunu əsas suallardan biri kimi verdim.

O da bildirmişdi ki, həmin hesabatla tanış olublar və dövlətin cəza icra siyasətinin humanistləşdirilməsi diqqətdədir.

Xüsusilə, millət vəkili Qüdrət Həsənquliyevə təşəkkür edirəm ki, Azərbaycanda Amnistiya Aktının zəruriliyini davamlı olaraq qaldırdı.

Nəhayət, Amnistiya Aktı layihəsi parlamentə göndərildi.

Bu, minlərlə azərbaycanlı ailəsinin sevinci deməkdir.

Bu, iqtisadi çətinliklər dönəmində dövlətin yükünün azaldılması deməkdir.

Bu, Azərbaycanın insan haqları sahəsində son illər pisləşən imicinin düzəldilməsi üçün böyük addım deməkdir.

Davamı gəlsin!

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
97
icma.az

1Sources