Mirəli Seyidov küçəsi, 19A ünvanında yerləşən yaşayış binasında bərpa prosesi mərhələli şəkildə davam etdirilir.
"Yeni Sabah" xəbər verir ki, baş verən yanğında ölümdən xilas olan jurnalist Heydər Mirzənin verdiyi məlumata görə, artıq bir həftədir binaya su verilib. Elektrik enerjisinin isə sabah 11–17-ci mərtəbələrə bərpa olunması nəzərdə tutulur:
"Bərpa işləri davam edir. Sabah 11-17-ci mərtəbələrə işıq veriləcək. Su artıq bir həftədir ki, var. NK-nin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb. Nə vaxt ala biləcəyik - bilmirəm. Deyirlər ki bugün - sabah. Məncə yubanma banka görədir - ərinməz hər bir təzminat alıcısına ayrıca hesab açırlar, cəmi bir əməliyyat üçün. Bu iki daşın arasında müştəri bazasını artırırlar yəni - anidən 96 yeni hesab, nə olsun ki, o hesablardan bir daha əməliyyat aparılmayacaq? Maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin bərpasıdır. Binanın işığı, suyu və qazı olsa da, liftin o zaman işləməməsi problem törədəcək yuxarıdakı mərtəbələrdə yaşayan sakinlərin evlərinə dönməsi üçün".
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı ölüb.
Əsmətxanım
Telegram kanalımız