EN

"Neftçi"nin yeni baş məşqçisindən Abubakarla bağlı gözlənilməz qərar

Bu gün Premyer Liqada 15-ci tura yekun vurulacaq.

Hakimiyyet.az xəbər verir ki, turun son matçında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.

Oyun saat 19:00-da start götürəcək. Sportinfo yazır ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub ilk qarşılaşmasına bəzi sürpriz qərarlarıyla start verəcək. Belə ki, Vensan Abubakarın ilk "11-lik"dən kənarda qalacağı bildirilir.

Təcrübəli çalışdırıcı oktyabrın ikinci yarısında komandaya qoşulan və ötən müddətdə Premyer Liqada 4 qol vuran kamerunlu hücumçunun hazırlıq səviyyəsindən narazıdır. 59 yaşlı mütəxəssisin fikrincə, kamerunlu ulduz hələ də ideal formadan uzaqdır və bu, onun artıq çəkidən əziyyət çəkməsiylə əlaqədardır.

Vernidubu qayğılandıran digər çatışmazlıq "Beşiktaş"ın sabiq forvardının ötən oyunlarda meydanda keçirdiyi dəqiqələr ərzində az hərəkət etməsidir.

O, qaçmaqla arası olmayan Abubakardan yalnız ikinci hissədə yararlanmaq niyyətindədir.

Chosen
20
4
hakimiyyet.az

5Sources