EN

Tahir İmanov üçün pul yığılır? - VİDEO

“Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.

 

Bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.

 

O əlavə edib ki, bu, dələduzluqdur:"Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın".

 

T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.

 

Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, "planetparniizbakuofficial" səhifəsindən edə bilər:

 

"Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır".

 

Sfera.az

 

Tarix: 15 Dekabr 2025, 16:29   
Chosen
80
3
pravda.az

4Sources