EN

Naxçıvanda voleybol üzrə Suverenlik kuboku keçiriləcək

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə "Suverenlik kuboku" uğrunda birincilik keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, yarış dekabrın 17-20-də baş tutacaq.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunacaq birincilikdə 4 oğlan və 4 qız komandası iştirak edəcək.

Oğlanların yarışında "Gənc Milli Oğlanlar", "Murov Az Terminal", "Naxçıvan" və Türkiyənin İğdır şəhərinin komandası, qızların yarışında isə "Gənc Milli Qızlar", "Milli Aviasiya Akademiyası", "Möminə Xatun" və Türkiyənin İzmir şəhərinin "Altınordu" kollektivi mübarizə aparacaq.

Çempionat Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
5
cebheinfo.az

6Sources