EN

Bəhram Nəsibov yaradıcılığı 2025-ci ildə təbliğ olundu - AÇIQLAMA

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib ki, “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunan 2025-ci il ölkəmizdə Şanlı Zəfərimizin 5-ci ildönümünün və Azərbaycan milli mətbuatının 150 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə yadda qalıb.

Onun sözlərinə görə, İctimai Birlik bu əlamətdar tarixlərə töhfə vermək məqsədilə bəstəkar Bəhram Nəsibovun Vətənə, Zəfərə və suverenliyə həsr olunmuş mahnı və marşlarından ibarət nəşrləri il ərzində işıq üzü görüb. Belə ki, “Nəğmələrdə yaşayan ömür” kitabının III və IV cildləri, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş “Ana məktubu” adlı toplu dərs vəsaiti kimi nəşr olunaraq kitabxanalara, universitetlərə, musiqi kolleclərinə, arxiv idarələrinə və musiqi kollektivlərinə hədiyyə edilib:

"Kitablarda ümumilikdə 200 əsərin not yazısı, topluda isə simfonik orkestr və xalq çalğı alətləri orkestri üçün partituralar əksini tapəb. Bununla da müxtəlif təyinatlı musiqi kollektivlərinə böyük əksəriyyəti ifa edilməmiş müxtəlif mövzuları əks etdirən əsərlərlə tanış olub repertuarlarını daha da zənginləşdirmələri üçün töhfə vermiş olduq. Həm kitablar həm də toplu “Konstitusiya və suverenlik ili” və Zəfərimizin beşilliyinə həsr edilib".

QHT sədri həmçinin bildirib ki, bu üç layihə ilə parallel olaraq QHT-lər Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə milli mətbuatımızın 150 illiyinə və ekologiyamıza həsr edilmiş “Bəhram Nəsibov əsərlərdə” adlı film-konsert layihəsini icra etdik:

"Film-konsertdə keçən il ölkəmizdə təntənəli şəkildə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı olan - COP 29 Beynəlxalq əhəmiyyətli tədbirdən sonra ölkəmizdə ekoloji sahədəki uğurlar və milli mətbuatımızın 150 illik şərəfli tarixi elmi-musiqili paralellikdə əksini tapmış oldu. Film-konsertdə ekologiya və mətbuata bəstəkar Bəhram Nəsibovun həsr etdiyi mahnılar ilk dəfə ifa edilərək ictimailəşdirilmiş oldu".

 

Pərvanə Fərhadqızı

Chosen
77
qht.az

1Sources