EN

"Sevil Art" brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib

"Sevil Art" brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib

"Sevil Art" brendi “My Silk Way” adlı tədbiri ilə beşillik fəaliyyətini 5 dekabr tarixində "Hyatt Regency Baku" otelində qeyd edib. Gecədə brendin tərəfdaşları, yaradıcı sahədə çalışan şəxslər və incəsənətsevərlər iştirak edib.

Tədbir zamanı "Sevil Art"-ın 2020-ci ildən bu günə kimi keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub. Qonaqlar brendin yaradılma prosesi və əsas mərhələləri ilə bağlı məlumat əldə edib.

Brendin təsisçisi Sevil xanım çıxışında öz brendinin yaranma hekayəsindən danışıb. O, uşaqlıqdan rəsmə maraq göstərdiyini və daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil aldığını bildirib. Yaradıcılığa tam yönəlmək qərarı isə brendin formalaşmasına səbəb olub.

Tədbirdə brendin inkişafında dəstək göstərən tərəfdaşlar da çıxış edib. "Handicraft" mağazasının həmtəsisçisi Jalə Nəcəfova və ABAD nümayəndəsi Qəmər Qafarova brendin fəaliyyətinə verdikləri töhfələrə görə səhnəyə dəvət olunublar.

Yubiley gecənin sonunda iştirakçılar üçün kiçik viktorina təşkil edilib və qaliblərə "Sevil Art" tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan brendi olan "Sevil Art" ipək şallar və digər materiallardan hazırlanmış aksesuarlar müəllif dizaynları ilə tanınır. Brend Azərbaycan mədəni irsinin, milli naxışların müasir yanaşma ilə birləşdirərək sintez edir və bu beş il ərzində həm yerli, həm də beynəlxalq layihələrdə iştirak edərək, ölkəni təbliğ edib. Qeyd edək ki, Sevil Art brendinin Fransada, Çexiyada, Türkiyədə, Gürcüstanda sərgiləri təşkil olunub.

Chosen
49
2
afn.az

3Sources