EN

Tayland Kambocaya logistik zərbə vurdu: Yanacaq və silah daşınması dayandırıldı

Tayland hakimiyyəti Laos ərazisi üzərindən Kambocaya həyata keçirildiyi müəyyən edilən yanacaq və silah daşınmalarının qarşısını almaq məqsədilə sərhəddə xüsusi təhlükəsizlik tədbirləri görüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Tayland və Kamboca arasında baş verən sərhəd toqquşmaları doqquzuncu gününə qədəm qoyub. Bu fonda Tayland hökuməti Laos üzərindən Kambocaya yanacaq və hərbi təchizatın daşınmasının dayandırılması istiqamətində addımlar atıb.

Rəsmi mənbələrin məlumatına görə, Kamboca ordusuna maddi-texniki təminatın kəsilməsinə yönəlmiş sözügedən tədbirlər bazar ertəsi, toqquşmaların doqquzuncu günü etibarilə qüvvəyə minib.

//Gülnarə Abasova, Editor.az

Chosen
64
editor.az

1Sources