EN

ABŞ 60 il əvvəl Himalayda itirdiyi nüvə generatorunu tapa bilmir –Radioaktiv zəhər hara yoxa çıxıb?

1965-ci ildə məxfi əməliyyat zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Himalay dağlarında radioaktiv plutonium kapsulaları olan nüvə generatorunu itirib. Üstündən altmış il ötəndən sonra cihaz Hindistan sakinləri üçün təhlükə yarada bilər.

AzPost bildirir ki, bu barədə The New York Times (NYT) mənbələrə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, 1965-ci ildə ABŞ Çinə qarşı casusluq əməliyyatı planlaşdırıb. Bu məqsədlə MKİ Nanda Devi zirvəsinə xüsusi müşahidə avadanlığı, o cümlədən portativ SNAP-19C nüvə generatoru quraşdırmaq üçün bir qrup alpinist göndərib. Qəfil qar fırtınasından sonra ekspedisiya düşərgəsini tərk etməyə və bütün avadanlıqları zirvədə qoymağa məcbur olub. Alpinistlər 1966-cı ildə qayıtdıqda hələ də generatoru tapa bilməyiblər.

Qəzet qeyd edib ki, MKİ 1967 və 1968-ci illərdə axtarış əməliyyatı aparmaq üçün iki cəhd edib, lakin hər ikisi uğursuz olub. SNAP-19C cihazının harada olduğu hələ də məlum deyil.

Qəzet generatorda xərçəngə səbəb ola biləcək zəhərli maddə olan plutonium kapsulalarını olduğunu vurğulayıb. Siyasətçilər və ekoloqlar cihazın dağ çayına düşərək yüz milyonlarla hindli üçün həyat xətti olan Qanq çayının yuxarı axarlarına radioaktiv maddələr buraxacağından qorxurlar.

AzPost.az

Chosen
82
1
azpost.info

2Sources