“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün həm çağırışlarla, həm də yeni imkanlarla yadda qalan bir il olub.
Onun sözlərinə görə, il ərzində qeyri-hökumət təşkilatlarının ictimai proseslərdə fəallığı artıb, sosial problemlərin gündəmə gətirilməsi və həssas qruplarla bağlı təşəbbüslər genişlənib:
"Eyni zamanda institusional inkişaf, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlıq o,cümlədədn xüsusi olaraq, Türk Dövltətləri Birliyi olan üzv dövlətlərlə də əməkdaşlıq baxımından da mühüm addımlar atıldı. Ümumilikdə, 2025-ci il vətəndaş cəmiyyətinin davamlılıq və uyğunlaşma bacarığını nümayiş etdirdi".
QHT sədri həmçinin bildirib ki, 2025-ci il ərzində təşkilatımız əsasən sosial müdafiə, ictimai maarifləndirmə və həssas əhali qruplarının dəstəklənməsinə yönəlmiş bir neçə layihə icra etdi:
"Layihələr çərçivəsində sağlamlıq, sosial inteqrasiya, məşğulluq,insan hüquqları və ictimai iştirakçılıq mövzularına xüsusi diqqət yetirildi. Həm yerli, həm də tərəfdaş qurumlarla birgə həyata keçirilən təşəbbüslər təşkilatımızın fəaliyyət coğrafiyasını və təsir imkanlarını genişləndirdi. Layihələr çərçivəsində maarifləndirici tədbirlər, təlimlər, görüşlər, sərgilər və ictimai müzakirələr təşkil olundu, hədəf qruplarla birbaşa iş aparıldı. Eyni zamanda ehtiyacların qiymətləndirilməsi, hüquqi və sosial dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər icra edildi. Bu işlər vətəndaşların məlumatlılığının artırılmasına və sosial problemlərə daha sistemli yanaşmanın formalaşmasına töhfə verdi. Bundan əlavə SMM bacarıqları artırılan üzvülər admin kimi Sosialmedia.az saytında fəaliyyətə başladılar".
Pərvanə Fərhadqızı