EN

İndi başqa eşqlə yaşayıram

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

"Yaşlı insan tək yaşamamılıdır. Bir yerdə gedib gəzsinlər: parka, kinoya getsinlər. İnsan bütün həyatını övladına həsr edir. Bəs, bu adam nə zaman yaşasın? Mənim yaram təzədir. İçimdə qorxu hissi var, yenidən ailə həyatı qura bilmərəm. Yağışdan çıxıb, yağmura düşə bilmərəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Bir gün" verilişində deyib. Həyat yoldaşı ilə qalmaqallı şəkildə ayrılan aktrisa yeni eşqə düşdüyünü bildirib. O qeyd edib ki, artıq müğənnilik etmək istəyir:

"İllərlə sənətdən uzaq düşdüm. İndi başqa eşqlə yaşayıram. Sənətim eşqimdir: yeni rollar oynayıram, yoqaya gedirəm, arıqlayıram. Həyat bundan sonra başlayır. Qızımı düşünürəm. Hətta müğənniliyə də başlayıram. Niyə gedib pul qazanmayım? Hamı oxuyur. Müğənnilik böyük sənətdir. Niyə pul dərdi çəkim ki? 15 minə gedəcəyəm məclisə. Niyə də yox?".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
99
axsam.az

1Sources