EN

Operativ nəqliyyat vasitəsinə yol verən sürücüyə yazılan cərimə LƏĞV EDİLDİ

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda operativ nəqliyyat vasitəsinə yol verdiyi üçün barəsində protokol tərtib edilən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb. Belə ki, sürücü idarə etdiyi 77-NO-209 qeydiyyat nişanlı "Tesla" markalı avtomobillə svetoforun qırmızı işığında dayanan zaman arxadan gələn operativ nəqliyyat vasitəsi siqnal verərək ondan yol istəyib. Sürücü məcburi şəkildə irəli sürərək piyada keçidinin üzərində dayanıb. Bu zaman xüsusi texniki vasitə ilə onun barəsində elektron qərar tərtib edilib.

Sürücü Avtosfer.az-a verdiyi açıqlamada bildirdi ki, artıq onu narahat edən hal aradan qaldırılıb. Belə ki, xüsusi texniki vasitə ilə onun barəsində tərtib edilən elektron protokola xitam verilib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
avtosfer.az

1Sources