Bakı.Trend:
Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək havaşəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıqərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntınınleysan xarakterli olacağı ehtimalı var.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buzbağlaması gözlənilir.
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsiərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimalolunur.