EN

FT: “Avstraliya silah satışı qanununu sərtləşdirə bilər”

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinə istinadən xəbər verir ki, Entoni Albanezenin sözlərinə görə, hakimiyyət orqanları Avstraliyanın yəhudi icmasını qorumaq üçün “nə lazımdırsa” edəcəyini və ölkədə “antisemitizmin” kökünü kəsməyin vacib olduğunu vurğulayıb. “Hökumət dekabrın 15-də bir nəfərə satıla bilən silahların sayına yenidən baxılması imkanlarını müzakirə etmək üçün toplanacaq və daimi silah lisenziyasının mümkün ləğvi məsələsini qaldıracaq”, - Avstraliyanın baş naziri açıqlayıb.

Sidney qətliamını ata və oğul törədiblər | VİDEO

Maraqlıdır ki, Avstraliya daha əvvəl 1996-cı ildə Tasmaniyanın Port-Artur şəhərində bir silahlının 35 nəfəri öldürməsindən sonra silah qanunlarını sərtləşdirmişdi. Hökumət həmin hadisədən sonra yarı avtomatik silahların satışını qadağan edib. Hazırda Avstraliyada mərkəzləşdirilmiş silah qeydiyyatı sistemi yoxdur və hər şey ayrı-ayrı ştatların qanunvericiliyindən asılıdır. Xatırladqaq ki, dekabrın 14-də yəhudilərin Hanuka bayramının qeyd olunduğu tədbir zamanı silahlı şəxslər Sidneyin Bondi çimərliyi ərazisində insanlara atəş açıb. Açıqlanan məlumatlara görə, silahlı şəxslərdən biri güllələnib, ikincisinə isə tibbi yardım göstərilib. Üçüncü hücumçu polisə təslim olub. Hadisə terror aktı kimi qiymətləndirilir. Hücum zamanı çimərlikdə ən azı 1000 adam olub. 16 insanın ölümünə, 40 nəfərin isə yaralanmasına səbəb olan terror aktının ata və oğul tərəfindən törədildiyi bildirilir. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
azvision.az

1Sources