Bakı, 15 dekabr, AZƏRTAC
Avstraliyanın Sidney çimərliyində baş verən terror aktından sonra Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhər hakimiyyəti Hanuka bayramı zamanı təhlükəsizliyi təmin etmək üçün hüquq-mühafizə orqanlarına əlavə qüvvələr cəlb etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Erik Adams bildirib.
“Avstraliyada terrorçuların Hanuka bayramının başlanğıcını qeyd edən yəhudilərə atəş açdığı dəhşətli görüntülər”, - deyə o, “X” sosial hesabında paylaşım edib.
Qeyd edək ki, Sidneydə törədilən terror aktı zamanı 15 nəfər həlak olub.