EN

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bakı. Trend:

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesinİnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasınınnövbəti iclası keçirilib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, iclasda KOBsubyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə“Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

Bildirilib ki, “Startap” şəhadətnamələri "OpenConnect" MMC-ninstartap investor platforması, "LULLA" MMC-nin uşaqlar vəvalideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi,"İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellektfunksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin “no-code” əsaslıvebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions"MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlifistiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifarişsistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı vəistifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yeməkhəvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency"MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlarBayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçünrəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması,Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmətədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektəəsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçünrəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılmaxidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlaynkinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlaynmarketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin vəpartlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparatkompleksi layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı238-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamənialdıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinəazad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Daha
Daha
Daha
Daha
Chosen
75
10
az.trend.az

10Sources