Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyə diplomatiyası zaman və məsafə tanımır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan XVI Səfirlər Konfransının açılışında danışıb.
O qeyd edib ki, bu gün Yaxın Şərqdən Balkanlara bir Türk baxışından danışılması təsadüfi deyil:
"İstər insanlığın gələcəyi, istər regional problemlərlə bağlı Türkiyənin həm deyəcəyi sözü, həm də masaya qoymağa doktrinası həmişə olub və olacaq. Ancaq reallıq budur ki, qarışıqlıq artıb. Diplomatlarımızdan gözləntim odur ki, günlük işlərin ağırlığında uzunmüddətli perspektivi gözdən qaçırmasınlar".
Türkiyə XİN başçısı bildirib ki, Qəzzada yaşananlar qlobal bir oyanışa səbəb olub. Türkiyə qlobal vicdanın mərkəzi olub. Artıq Qərb ölkələri belə ikidövlətli həll yolunu məqbul sayırsa, burada Türkiyənin payı böyükdür:
"Regionumuz qarşılaşdığı ən çətin problemlərdən biri olan Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü ilini geridə qoyur. İstanbul hələ də tərəflərin bir araya gəlib müzakirə apardığı yeganə platforma rolunu oynayır. Biz sülh masasını yenidən qurmağa hazırıq".
Suriyadakı vəziyyətdən də söz açan H.Fidan Türkiyənin oradakı işinin hələ yeni başladığını vurğulayıb:
"Biz Suriyanın yenidən dirçəldilməsinə dəstəyimizi göstərməyə davam edəcəyik".
O əlavə edib ki, Türk dünyasında da yeni bir dirəniş dövrü inşa edilir:
"2026-cı ildə Türkiyə Türk Dövlətləri Təşkilatına sədrliyi Azərbaycandan təhvil alacaq".
XİN başçısı, həmçinin 2026-cı ildə Ankaranın NATO Zirvəsinə ev sahibliyi edəcəyini xatırladıb:
"NATO-dakı mövqeyimiz sarsılmazdır və bu tarixi Zirvəyə hazırlıqlarımız davam edir. Diplomatiyamızı dövrün tələblərinə uyğunlaşdırmalıyıq".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.