EN

Şaraadan Trampa başsağlığı mesajı

Müvəqqəti Suriya Hökumətinin Prezidenti Məhəmməd Colani (Əhməd Şaraa) Homs vilayətinin Tedmur rayonunda baş verən hücum nəticəsində ABŞ hərbçilərinin həlak olması ilə bağlı Prezidenti Donald Trampa başsağlığı mesajı göndərib. 

"Cebheinfo.az" xəbər verir ki, Suriya Prezidenti adından yayılan yazılı açıqlamaya görə, o, Suriyanın həlak olan və yaralanan əsgərlərin ailələri ilə həmrəy olduğunu bildirib. Açıqlamada Suriya tərəfinin bu hadisəni qınadığı və ölkədə təhlükəsizlik, sülh və sabitliyin qorunmasına sadiq qaldığı vurğulanıb. 

Qeyd edək ki, 13 dekabr tarixində Suriyada təkbaşına hərəkət edən bir İŞİD üzvünün təşkil etdiyi pusqu nəticəsində 2 ABŞ əsgəri və 1 ABŞ vətəndaşı həyatını itirmiş, 3 əsgər isə yaralanmışdı. 

Chosen
18
1
cebheinfo.az

2Sources