EN

Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.

QOL.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Bununla bağlı tədbirdə ona mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib.

Q.Qurbanov çıxış edərək ona səs verən jurnalistlərə təşəkkür edib.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
30
qol.az

10Sources