Bakı. Trend:
Məktəblərdə dini dəyərlər dərsini Azərbaycan İlahiyyatİnstitutunun məzunları və ixtisasartırma proqramları keçmişmüəllimlər keçə bilər.
Trend xəbərverir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun müəllimi,"Süleyman" məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru ElnurƏzimli bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncəmədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilənkonfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi:pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı panelmüzakirəsində çıxışında bildirib.
Onun sözlərinə görə, gənclərin müxtəlif dəyərlərə məruz qalmasıcəmiyyətdə qarşıdurmaya səbəb ola bilər və bu, sosial harmoniyanıpoza bilər:
"Milli-mənəvi dəyərlər ilk növbədə ailədə, sonra isəplanlı-sistemli şəkildə məktəblərdə öyrədilməlidir. Dünyatəcrubəsinə baxsaq, görərik ki, dəyərlər məktəblərdə tədris edilir.Bu dərslər açıq dərslər və ümumi dərs proqramları içərisində xalqınmilli-mənəvi keçmişindən hekayələr verməklə keçirilir. Avstriya,Amerika, Çin, Türkiyə kimi ölkələrdə təhsil müəssisələrindədəyərlər dərsinə mühüm önəm verilir. Araşdırmalar bu dərsləringənclərin sosial bacarıqlarında müsbət dəyişikliklərə səbəbolduğunu təsdiqləyir. Bu dərslərin keçirilməsi üçün dərsliklər vəbu dərsləri keçəcək müəllimlərin hazırlıq səviyyəsi, dinibiliklərinin olması önəmlidir. Milli mənəvi dəyərlər dərsininməktəblərdə keçilməsi strateji bir məsələdir. Təklif olaraq qeydedim ki, bu dərsləri Azərbaycan İlahiyyat İnstitutunun məzunlarıkeçə bilər. Bir dəyəri diqtə etməklə gəncə başa salmaq olmaz. Bunuəsaslandırmaq lazımdır. İxtisasartıma proqramları ilə dini biliklərdə öyrəndikdən sonra müəllimlər məktəbdə bu dərsi keçəbilərlər".