EN

Samsunspor məşqçisi Tomas Reislə iki illik yeni müqavilə bağladı

Vətəninfo.az xəbər verir ki, Türkiyə Trendyol Superliqasında “Rams Başakşehir”ə 2:0 hesabı ilə uduzduqları oyundan sonra Samsunspor prezidenti Yüksel Yıldırım sosial media hesabından açıqlama verib.

Yıldırım bildirib ki, klub məşqçi Tomas Reislə müqaviləni daha iki il uzatmaq barədə razılığa gəlib. Yeni müqavilə mövsümün ortasında qarşılıqlı razılıq əsasında imzalanacaq. Prezident həmçinin klubun gələcək hədəfləri və yeni transferlər barədə də məşqçi ilə razılığa gəldiklərini vurğulayıb.

“Bu komanda Çempionlar Liqasında oynayanda bir-birimizi dəstəkləyəcəyimizə zəmanət verirəm. Məşqçimiz Tomas Reislə müqaviləni daha iki il uzatmaq barədə razılığa gəldik. Hər şeyi addım-addım həll edəcəyik. Məqsədlərimizə doğru inamla irəliləyəcəyik. Xahiş edirəm, oyunçulara lazımsız təzyiq göstərməyin. Birlikdə uğur qazanacağıq, birlikdə bir ailəyik”, – deyə Yıldırım qeyd edib.

Prezident həmçinin son UEFA Konfrans Liqası matçı üçün xüsusi bonusun elan ediləcəyini bildirib və Maynz 05 matçı öncəsi komanda ilə motivasiya görüşü keçirməyi planlaşdırdığını vurğulayıb.

Chosen
111
veteninfo.az

1Sources