EN

Xidmətlər balansının kəsiri 13% azalıb

Bakı. Trend:

Tədiyə balansının əsas komponentlərindən olan xidmətlər balansıkəsrlidir. Lakin buna baxmayaraq xidmətlər balansının kəsiri ötənilin ilk 9 ayına nisbətən 13% azalıb.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov tədiyə balansınınaçıqlanmasına həsr olunmuş brifinqə deyib.

Onun sözlərinə görə, bu kəsiri formalaşdıran əsas amillərneft-qaz sektoru ilə əlaqədardır: "Belə ki, neft-qaz sektorundagöstərilən tikinti və digər işgüzar xidmətlər xidmətlər balansınınkəsirini şərtləndirən əsas amillərdir.

Lakin artıq bir müddətdir ki, tədiyə balansında xidmətlərbalansı bölməsində nəqliyyat və turizm xidmətləri profisitli olub.Belə ki, bu ilin ilk 9 ayında nəqliyyat xidmətlərinin profisitixalis olaraq 1,3 milyard dollara çatıb. Bu isə ötən ilin eynidövrünə nisbətən 50% artım deməkdir. Nəqliyyat xidmətlərininprofisiti dedikdə neft-qaz ixracı ilə bağlı gəlirlər nəzərdətutulur. Həmçinin burada sərnişindaşıma və yükdaşıma xərcləri dəqeyd olunmalıdır".

"Turizm xidmətləri isə bu ilin ilk 9 ayında 320 milyon dollarlıqxalis profisitlə yekunlaşıb. Bunun əsas səbəbi ölkəyə gələn xaricituristlərə əlaqədardır. Belə ki, Bu dövrdə ölkəyə 1,948 milyonnəfər turist gəlib", - S. Nəşrdə əlavə edib.

Məqalədə:
Chosen
69
az.trend.az

1Sources