EN

İtkin kimi axtarılırdı, zavodun həyətində meyiti tapıldı

Bakıda itkin düşmüş şəxsin meyiti zavodun həyətində tapılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Dekabrın 12-si saat 10 radələrində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, amma geri qayıtmayıb.

Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Chosen
29
4
konkret.az

10Sources