EN

Volqoqradda neft bazası vurulub Güclü yanğın baş verib

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Bazar günü gecəsi Rusiyanın Volqoqrad vilayətinin Uryupinsk şəhərində dron hücumu nəticəsində neft bazasında yanğın baş verib.

“AzPolitika” bildirir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın ocağı qeydə alınıb. Təhlükəsizlik məqsədilə neft bazasının yaxınlığında yerləşən evlərin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Astra” teleqram kanalı isə açıq mənbələrə istinadla yazır ki, Uryupinskdə yerləşən “AlfaOyl” MMC-yə məxsus neft bazasında 18 rezervuar mövcuddur. Qeyd olunur ki, bu obyekt 3 dekabr tarixində də dron hücumuna məruz qalıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
azpolitika.info

1Sources