EN

Bu gün Coratda qaz olmayacaq

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
10
avtosfer.az

10Sources