EN

Ötən həftənin xronikası: 115 yanğına çıxış oldu, 29 nəfər xilas edildi VİDEO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən TModerator.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 115 yanğına çıxış, 25 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
48
moderator.az

10Sources