EN

Sidneydə hücumun icraçıları ata və oğul olub

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi məlumat yayıb. Yeni Cənubi Uels ştatının Polis Komissarı Mal Lanyon mətbuat konfransında bildirib ki, istintaqın ilkin nəticələrinə əsasən, hücumu törədən şəxslər Sidneyin cənub-qərbində yerləşən Bonniriqq rayonunun sakinləridir. Məlumata görə, hadisə zamanı 24 yaşlı oğul saxlanılarkən ağır yaralanıb, onun 50 yaşlı atası isə öldürülüb. Polis komissarı qeyd edib ki, hazırda hücumun əvvəlcədən planlaşdırıldığına dair heç bir dəlil yoxdur. “İstintaq hücum iştirakçılarından hər hansı birinin bu hadisəni qabaqcadan planlaşdırdığını təsdiqləyən faktlar aşkar etməyib”, – deyə Mal Lanyon vurğulayıb. O, həmçinin hücum edənlərdən birinin sürücülük vəsiqəsinə malik olduğunu və təxminən 10 il ərzində qanuni şəkildə odlu silah saxladığını bildirib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Chosen
129
Ajans.az

1Sources