EN

"Müdafiə Haqqında" qanunu tələsik dəyişirlər: hərbi vəziyyətdə müdafiəyə cavabdehlər bilindi

Rusiyada hərbi vəziyyət tətbiq olunduğu dövrdə regionların müdafiə tədbirlərinə birbaşa qubernatorlar və şəhər merləri rəhbərlik edəcək.

Olaylar.az xəbər verir ki, bu məqsədlə vahid regional müdafiə qərargahlarının yaradılmasını nəzərdə tutan qanun layihəsi Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.

"Müdafiə haqqında" federal qanuna təklif olunan dəyişikliklər 2022-ci ildə Rusiya tərkibinə qəbul edilən və dərhal hərbi vəziyyət elan olunan yeni regionların təcrübəsi əsasında formalaşdırılıb.

Layihədə:

vahid müdafiə qərargahlarının yaradılma qaydası,

onların əsas vəzifə və səlahiyyətləri, eləcə də region rəhbərləri və yerli icra başçılarının müdafiə sahəsində öhdəliklərin icrasına görə şəxsi məsuliyyəti açıq şəkildə təsbit olunur.

Qanun layihəsinə əsasən, vahid qərargahların rəhbərləri birbaşa olaraq qubernatorlar və yerli icra hakimiyyəti başçıları olacaq və müdafiə tədbirlərinin icrasına görə fərdi məsuliyyət daşıyacaqlar.

Qeyd olunur ki, təklif edilən dəyişikliklər federal əhəmiyyətli şəhərlərə - Moskva, Sankt-Peterburq və işğal edilmiş Sevastopola şamil edilməyəcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
81
olaylar.az

1Sources