Quba rayonunun Dağlı kənd sakini 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 15-i saat 00:10 radələrində qeydə alınıb.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, V.Atayev 52 saylı Quba seçki dairəsinin üzrə 16 saylı seçki məntəqəsinin sədri olub.