EN

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırmaproqramı” təsdiq edilib.

Trend bubarədə Agentliyə istinadən xəbər verir.

Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiqrəy və təklifi nəzərə alınmaqla “Standartlaşdırma haqqında”Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarıilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramınınformalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasənformalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsastələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinadstandartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrətexniki komitələrin iş planları, habelə beynəlxalq və regionalstandartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlətstandartlarının hazırlanması, müasir elmi-texniki araşdırmalarınnəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasınəzərə alınıb.

Sənəddə iqtisadiyyatın bütün sferalarında müasirtexnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə dətəhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərinistehsalını təmin edən yeni standartların işlənib hazırlanması yeralıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqramçərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartınınqəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi vətəhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravliksistemlər, energetika və elektrotexnika, informasiyatexnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyatinfrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəritexnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası,minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar,metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə vəkeramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton,lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti vəmülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələriəhatə edir.

Qeyd: “2026-2028-ci illər üzrə milli standartlaşdırmaproqramı”nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutununrəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz:https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram

Məqalədə:
Chosen
49
15
az.trend.az

10Sources