EN

Sidney qətliamını ata və oğul törədiblər | VİDEO

AzVision.az xəbər verir ki, Yeni Cənubi Uelsin polis komissarı Mel Lenyon keçirdiyi mətbuat konfrnasında beıə deyib.

Müstəntiqlərin fikrincə, Bondi çimərliyinə hücum edənlər Sidneyin cənub-qərbindəki Bonniriq bölgəsinin iki sakini olub.

“Həbs zamanı 24 yaşlı gənc ağır yaralanıb, onun 50 yaşlı atası isə öldürülüb. Hücum edənlərdən birinin qanuni şəkildə təxminən 10 ildir odlu silah saxlamağ lsienziyası olub. Hücumda iştirak edən hər kəsin hadisəni planlaşdırdığına dair heç bir əlamət yoxdur”, - Mel Lenyon vurğulayıb.

Sidneydə yəhudilərə qarşı terror:10 ölü | VİDEO
Xatırladaq ki, dekabrın 14-də Avstraliyanın Sidney şəhərində Hanuka mərasimi zamanı (Cənubi Uels ştatı) baş vermiş terror aktı nəticəsində 16 nəfər qətlə yetirilib, 40 nəfər isə yaralanıb. Yaralılardan ikisi polis əməkdaşlarıdır. Ölnlərin arasında yəhudilərin HABAD dini hərəkatının lideri Eli Şlenger də var.



Sahil İsgəndərov
AzVision.az
Chosen
78
azvision.az

1Sources