EN

Məhkəmədən banka DƏRS: Uşağın götürdüyü krediti ana ÖDƏMƏMƏLİDİR

Rusiyada ana 9 yaşlı qızının “Roblox”da götürdüyü krediti ödəməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dələduzlar uşağı aldadaraq 700 min rubl oğurlamışdı, məhkəmə bankı günahkar bilib.

Hadisə Rusiyanın Kirov şəhərində baş verib. Qadın telefonunu 9 yaşlı qızına oynamaq üçün verib, lakin geri alanda şoka düşüb.

Telefonda kreditin təsdiqlənməsi və böyük məbləğdə köçürmələr barədə mesajlar aşkarlanıb.

Məlum olub ki, uşaq “Roblox” oynayarkən dələduzlar onunla əlaqə saxlayıb və oyun valyutası (“Robux”) qarşılığında SMS kodlarını istəyiblər.

Uşaq kodları diktə edib, cinayətkarlar isə ananın bank tətbiqinə daxil olaraq cəmi 16 dəqiqə ərzində kredit rəsmiləşdirib və təxminən 700 min rublu (təxm. 15 min man) müxtəlif hesablara köçürüblər.

Bank krediti ləğv etməkdən imtina edib və qadını təhlükəsizlik qaydalarını pozmaqda günahlandırıb. İlkin məhkəmə də bankın tərəfini tutub. Lakin ana təslim olmayaraq apellyasiya şikayəti verib.

Yuxarı instansiya məhkəməsi qərarı ləğv edib. Hakim bankın təhlükəsizlik sisteminin zəif işlədiyini (şübhəli əməliyyatlardan birini bloklayıb, 3 dəqiqə sonra digərini buraxdığını) və kreditin qadının iradəsi xaricində götürüldüyünü əsas gətirərək müqaviləni etibarsız sayıb.

Qadın borcu ödəməkdən azad edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
interpress.az

1Sources