EN

Bakıda "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir

Bakı. Trend:

Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti:pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir.

Trend xəbərverir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də DövlətKomitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycanİlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəriüzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edir.

Konfrans çərçivəsində müvafiq dövlət qurumlarınınnümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək,müzakirələr aparılacaq.

Tədbirin məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərəyiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənə sədaqət ruhundaböyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunmasıistiqamətində maarifləndirmə işlərinin sistemli təşkilidir.

Xəbər yenilənəcək

Chosen
101
5
az.trend.az

9Sources